Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Azərbaycan televiziyaları haqqında tənqidi fikirlər çox deyilib, çox yazılıb. Hətta görkəmli dövlət xadimləri də televiziyaların fəaliyyətini tənqid edib, müxtəlif fikirlər səsləndiriblər. Amma görünür tənqid ünvanları tənqiddən nəticə çıxarmaq üçün yetişməyiblər. Təbii ki, mən səviyyəli teleaparıcıları nəzərdə tutmuram, elə özəl telekanallarda da az da olsa dişə dəyəsi bir-iki nəfər tapmaq olar ki, onların üzərində işləsələr, təcrübə keçməyə xarici telekanallara göndərsələr onlardan gələcəkdə nəsə alınar. Yerdə qalanları isə heç zibilliyə də atılası deyil. Adama deyirsən ki, adam ol, evdə anana, bacına dediyin sözü köynəyinin qabağına yazıb efirə çıxma, deyir “özüm bilərəm, istəsəm köynəyimin üstünə lap həyat yoldaşımın adını yazaram, bundan kimə nə var”.
Bəli artıq məlumdur ki, bəzi insanlar evdə anasına,sevgilisnə məşuqə kimi baxır, “məşuqə” deyə müraciət edir,amma bu Azərbaycan xalqına xas olan bir cəhət deyil. Azərbaycan xalqının efiri müəyyən qədər İctimai televiziyada və Dövlət Televiziyasında hiss olunur,özəl telekanalların bəzilərində isə bir də görürsən ki, kimi gəldi efirə çıxarırlar. Bir azdan hətta meymun da tapıb efirə çıxarsalar təəccüblənmərəm. Onsuz da səhər tezdən meymunluq edən, əl qol oynadan meymun aparıcılardan xali deyilik. Gic-gic gülüşlər, hırıldamalar, meymun kimi diş ağartmalar,bir sözlə hər cür eybəcərlik görmək mümkündür. Kimisi soyunur, kimisi də meymunluq edir. Elə bil meymunun axırıncı balasıdır. Danışanda isə ağzından horra tökülür. Amma qınamaq da olmur. Eləsini efirə buraxan da axı onun tayıdır, əgər bir verilişə məsul olan efirdəki aparıcının xalqla öz anası ilə danışdığı biədəb formada danışdığını görüb eşidirsə və buna reaksiya vermisə,”dur” demirsə deməli o da elə evində doğmalarına məşuqə deyir ki, bu cür sözlərə adi yanaşır. İnsan hər gün gördüyünə, eşitdiyinə adi yanaşar, məsələn biz artıq intihar,avtomobil qəzaları haqqında xəbərlərə o qədər vərdiş etmişik ki, indi buna adi bir hadisə kimi baxırıq, yəni hər gün kiminsə intihar edib, kimisə bıçaqlanması adi bir hala çevrilib. Deməli bunlar da evdəkiləri o cür obrazda görüb belə hallara öyrəşiblər, evdə əzizlərinə məşuqə deyirlər. Ona görə də bəzi verilişlərdən əxlaqsızlıq, tərbiyəsizlik yağır. Bilmək olmur bu veriliş böyüklər üçündür, yoxsa kiçiklər üçün. Əgər verilişdə hansısa senzurasız sözlər işlənərsə, insan sinəsinə anasının peşəsini yazıb efirə çıxırsa gərəkdir ki, əvvəlcədən aşağıdan titrlərdə belə bir elan getsin: 18 yaşına çatmayanların baxması qadağandır. O zaman heç bir tənqid də olmaz. Amma hələ ki, bunu görmürük. Teleproyektlərdə nə məna var,nə də məzmun. Evdə o qədər bozbaş bişiriblər ki, efirdə də danışmaqdan çox bozbaş bişirməklə məşğuldurlar. Beləsindən yaxşı nə gözləyəsən. Danışanda da hiss olunur ki, özlərinə nə qədər jurnalist desələr də xalq onları ancaq meymun kimi qəbul edir və əl çalıb oynadır. Çünki sinəsinə yazdığından xəbəri olmayanların təbii ki, evindən də xəbəri olmaz. Evindən xəbəri olmayana isə nə deyilirsə hamı bilir də.

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий