
Röya ilə bəstəkar Nadir Əzimov arasında yaşanan qalmaqala nəhayət millət vəkilləri də reaksiya verdilər. 



açıqlamasını oxudum və həmin açıqlama o qədər səmimi idi ki, istənilən adam bunu üzrxahlıq kimi qəbul edə bilər. Ümumiyyətlə, mən bunu açıqlama yox, üzrxahlıq adlandırıram. Qeyd edim ki, həyatında çox ciddi faciələr yaşamış bir xanıma (bəstəkar Nailə Mirməmmədli nəzərdə tutulur-c.S) onun dəstək durması, açığı məndə Röyaya qarşı böyük simpatiya yaratdı. Buna görə mən ona təşəkkur də edirəm. Röyanın özünün sonradan səhvini başa düşməsi və qəzetdə də üzrxahlıq etməsi ən səmimi etirafdır. Nadir müəllimi də kübar və mədəni insan kimi tanıyıram, bəstələdiyi musiqiləri də onun haqqında belə yüksək fikir söyləməyə əsas verir. Əminəm ki, o da eyni cür addım atacaq. Mən tarixi bir faktı misal çəkmək istəyirəm; Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabəyə qarşı hücuma keçmək istəyir. Nüşabə ona məktub yazır ki, əgər sən məni məğlub etsən, deyəcəklər ki, bir qadın üzərində qələbə çaldın. Yox, əgər mən sənə qalib gəlsəm, onda da deyəcəklər ki, bir qadının qarşısında aciz qaldın. Hər iki halda, belə məsələlərdə kişilər uduzur. Bu mənada, istəməzdim ki, mənim özünə və sənətinə böyük hörmət bəslədiyim Nadir müəllim uduzsun. Buna görə də əminəm ki, Nadir müəllim Röyanın üzrxahlığını doğru-duzgün qəbul edəcək və öz şikayətini geri götürəcək. Çünki artıq Röya da bir ana kimi bu mübahisənin ağrısını-acısını, stresini yaşayıb və bətnindəki körpəsini itirib. Nadir müəllim böyüklük eləsin və bu məsələyə birdəfəlik son qoysun. Çünki kimsə qadın olaraq qadını müdafiə etməyə başlayıbsa, bu, özü-özlüyündə gözəl bir tendensiyadır."
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov: "Hesab edirəmki, belə məsələlər, mübahisələr məhkəmə səviyyəsində həll olunmamalıdı, ümumiyyətlə, məhkəməyə qədər gedib çıxmamalıdır. Mən efirdən də baş verənləri görüb izlədim, müğənni Röyanın da bəstəkar xanımı müdafiə etməsinin şahidi oldum. Deyim ki, hər iki bəstəkara-Nailə xanım Mirməmmədli və Nadir Əzimova həm musiqiçi, həm də şəxsiyyət kimi böyük hörmətim var, qabiliyyətli bəstəkarlardır. İstərdim ki, bu məsələdə Nadir Əzimov Azərbaycan kişisi kimi ilk addımı atsın və barışıq, sülh yoluyla mübahisəyə son qoysun. Formasından asılı olmayaraq, qadınla mübarizə anlayışı yoxdur."
bəstəkar Nailə Mirməmmədli, Nadir Əzimov və Röya tanınmış sənətçilərdir, onların reklama ehtiyacları da yoxdur. Arada əgər, xoşagəlməzlik olubsa, üstəgəl də Röya xanım qəzet vasitəsilə Nadir Əzimovdan üzrxahlıq edibsə, hesab edirəm ki, Nadir Əzimov iddiasını geri götürəcək. Xüsusən də Novruz bayramı ərəfəsində bu, daha xoşagələn, hörmətli bir jest olardı. Nadir müəllim bu addımı atacaq, çünki mən o bəstəkarı mədəni bir insan kimi tanıyıram. Söz yox ki, məhkəmədə haqqını tələb etmək onun öz işidir, amma barışıq addımı daha məntiqli addım olardı."
0 коммент.:
Отправить комментарий